RU
İŞİD İraq silahlılarına hücum edib, ölənlər var
11:00
210

İŞİD İraq silahlılarına hücum edib, ölənlər var

İŞİD qruplaşmasının terorçuları İraqın Kərkük şəhərində "peşmərgə” adlanan kürd silahlılarına hücum edib.

7NEWS.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İraqın Kürd Regional Rəhbərliyinə bağlı Terrorla Mübarizə Təşkilatı məlumat yayıb.

Məlumata görə, hücum şəhərin şimalında, Qızıl Körpü yaxınlığında, Zerge Zirav bölgəsində baş verib. Hücum nəticəsində 2 silahlı öldürülüb.

Hadisədən sonra bölgəyə əlavə təhlükəsizlik qüvvələri göndərilib, geniş miqyaslı axtarış əməliyyatlarına başlanılıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ