RU
İŞİD lideri olduğu iddia edilən şəxs İstanbulda ƏLƏ KEÇDİ
15:10
310

İŞİD lideri olduğu iddia edilən şəxs İstanbulda ƏLƏ KEÇDİ

İŞİD-in yeni lideri iddia olunan Əbu Həsən əl-Qureyşinin İstanbulda ələ keçirildiyi deyilir.

"Odatv”dən Toygun Atillanın verdiyi xəbərə görə, İŞİD liderinin qaldığı ev nəzarətə götürülüb. Əməliyyata şəxsən İstanbulun polis rəisi Zəfər Aktaş rəhbərlik edib.

Əbu Həsən əl-Qureyşi həm Terrorla Mübarizə, həm də Milli Kəşfiyyat Təşkilatından olan ekspertlər qrupu tərəfindən sorğu-sual edilib.

İddialara görə, yaxın günlərdə Prezident Rəcəb Tayyib Ərdoğanın İŞİD liderinin ələ keçirilməsinin təfərrüatlarını açıqlayacağı bildirilir.

Mənbə: Onedio.com

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ