RU
İsmayıllıda ağır qəza: Ölən və yaralılar var
11:00
30

İsmayıllıda ağır qəza: Ölən və yaralılar var

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə iyunun 21-də saat 13 radələrində İvanovka-Qalagah-Göyçay yolunun 13-cü kilometrində Uştal kənd ərazisindən keçən hissədə qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü İsmayıl Rafiq oğlu Mahmudovun idarə etdiyi "Ford" markalı avtomaşınla 1969-cu il təvəllüdlü Elxan Hüseyn oğlu Nağıyevin idarə etdiyi VAZ-2106 avtomobili toqquşub. Nəticədə, VAZ-dakı sərnişin Yeganə Hüseyn qızı Salmanova hadisə yerində ölüb, sürücü Elxan Nağıyev, sərnişinlər - İlham Salmanov və Şahmalı Salmanov müxtəlif bədən xəsarətləri alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ