RU
İspaniyada baş verən partlayış nəticəsində bir polis ölüb, digəri yaralanıb
15:20
19

İspaniyada baş verən partlayış nəticəsində bir polis ölüb, digəri yaralanıb

İspaniyanın Asturiya muxtar bölgəsinin Ovyedo şəhərində baş verən partlayış nəticəsində azı bir polis əməkdaşı ölüb, daha biri isə ağır yaralanıb.

Bu barədə EFE agentliyi məlumat yayıb.

Məlumata görə, yaşayış evlərindən birində atəş açılması barədə məlumat daxil olduqdan sonra polis əməkdaşları hadisə yerinə yollanıblar. Əraziyə çatdıqda evin girişində bel çantasında yerləşdirilən partlayıcı qurğu partlayıb.

Hadisədən sonra polis atəş açaraq partlayışa səbəb olan şəxsin axtarışına başlayıb. Onun silahlı ola biləcəyi istisna edilmir.

Atışma nəticəsində bir qadın xəsarət alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ