İsrail sabahdan etibarən bütün istiqamətlər üzrə hava uçuşlarını bərpa edir.
"RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Sabahdan etibarən İsrailə gediş-gəliş üçün hava yolları ilə bağlı məhdudiyyətlər ləğv ediləcək. Uçuşlar istənilən istiqamətdən həyata keçirilə bilər”, - diplomatik qurumun açıqlamasında qeyd olunur.
Rəsmi açıqlamada həmçinin qeyd olunur ki, Tel-Əvivin Ben Qurion hava limanı gün ərzində yalnız 3 min sərnişini qəbul edəcək.
7NEWS.Az








