RU
lombard
İstanbulda Azərbaycan Ordusuna dəstək aksiyası - FOTO
18:00
90

İstanbulda Azərbaycan Ordusuna dəstək aksiyası - FOTO

Türkiyənin İstanbul şəhərində "Səninləyik, Azərbaycan!”, "Səninləyik, Qarabağ!” adı ilə Azərbaycana dəstək aksiyası keçirilir.

Report xəbər verir ki, tədbir İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə baş tutub.

Aksiyada Türkiyənin müxtəlif şəhərlərindən gələn diaspor təmsilçiləri, İstanbul İğdırlılar Dərnəyinin üzvləri, Avropa Azərbaycanlıları Konqresinin nümayəndələri iştirak ediblər.

 

İştirakçılar əllərində Türkiyə və Azərbaycan bayraqları, həmçinin, "Səninləyik, Azərbaycan!”, "Qarabağa azadlıq!”, "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!” və b. şüarların yer aldığı plakatlarla İstanbulun Etilər səmtində yerləşən Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun binasının qarşısına doğru hərəkət ediblər.

Diplomatik korpusun qarşısında toplaşan həmvətənlərimiz müxtəlif şüarlar səsləndiriblər.

Dərnəyin rəhbəri Səfər Karakoyunlu dünyanın bütün ölkələrində yaşayan həmvətənlərimizi və türk qardaşlarımızı həmrəliyə səsləyib. O, Ermənistanın hüquq müstəvisi qarşısında hesabat verməyə çağırıb.

S.Karakoyunlu həmvətənlərimizi erməni təxribatlarına qarşı diqqətli olmağı və bu həssas günlərdə səbirli olmağa səsləyib.

 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ