TV8-də yayımlanan "İşte benim stilim" dəb yarışmasında qalmaqal baş verib.
7News.az bildirir ki, münsiflər kürsüsündə oturan modelyer Nur Yerlitaşla digər münsiflər - İvana Sert, Kamal Doğulu və aparıcı Öykü Serter arasında mübahisə düşüb.
Studiyada prodüserlər onları sakitləşdirməyə çalışsa da, çəkilişlər təxirə salınmalı olub. Kanal rəhbərliyi Nurun tərəfini tutub və digərlərinə "Getmək istəyən getsin" deyib. N.Yerlitaşla mübahisə edən qarşı tərəf geri addım atmağa məcbur olub.
Çəkilişlərin bu gün yenidən davam etdirilməsi gözlənilir.//milli
7News.az








