Milli Konservatoriyanın məzunu, istedadlı ifaçı Cavahir Abdulova bu günlərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində "Vətən” adli solo konserti proqramı il çıxış edib.
AZƏRTAC xəbər verir ki, tamaşaçılar ilk olaraq Cavahir Abdulovanın ifasında Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayevin repertuarindan " Azərbaycan” mahnısını dinləyiblər. O, elə ilk dəqiqələrdən hamının diqqətini özünə cəlb etməyi bacarıb.
Bənzərsiz istedadı, gözəl ifa tərzi və sənətə hədsiz məhəbbət ilə çoxlarının sevgisini qazanmış Cavahir Abdulova ənənəsinə sadiq qalaraq bu dəfə də ən sevilən mahnıları səsləndirib. Ürəyəyatımlı, məlahətli səsi ilə könülləri oxşayan ifaçı nəyinki tamaşaçıları əla almağı bacarıb, həm də onlara ən yaddaqalan bir konsert proqramı bəxş edib.
Ömrünün 20 ilini "Suvar” Ləzgi Mahnı və Rəqs Ansamblına bağlayan Cavahir Abdulovanın repertuarında xalq və bəstəkar mahnıları hər zaman yeni çalarlarla, özünəməxsus formada təqdim olunub.
Gecədə ifaçını təbrik edən tanınmış yazıçı-jurnalist, Əməkdar Mədəniyyət İşçisi Sədaqət Kərimova Cavahir Abdulovanin sənət uğurlarından söz açib, ona yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayıb.
C. Abdulova canli ifalari ilə tamaşaçıların musiqi zövqünü oxşayıb, tamaşaçilar onu sürətli alqişlarla səhnədən yola salıblar.













