RU
İsveçrədə dəmir yolu vağzalında bıçaqlı hücum olub, yaralılar var
17:22
25

İsveçrədə dəmir yolu vağzalında bıçaqlı hücum olub, yaralılar var

İsveçrənin Vintertur şəhərindəki dəmir yolu vağzalında bıçaqlı hücum olub.

"Reuters"in İsveçrə polisinə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 3 nəfər yaralanıb.

Məlumata görə, hadisə səhər saatlarında baş verib. Hücumda şübhəli bilinən 31 yaşlı İsveçrə vətəndaşı saxlanılıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

"Hadisə qatar stansiyasında baş verib və üç nəfər yaralanıb”, - polisdən bildiriblər.

Hadisədən sonra genişmiqyaslı polis əməliyyatı aparılıb.

Polis hazırda hücumun motivlərini araşdırır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ