RU
Qara dənizin Türkiyə sahillərində üç tanker dron hücumuna məruz qalıb
16:13
22

Qara dənizin Türkiyə sahillərində üç tanker dron hücumuna məruz qalıb

Qara dənizdə, Türkiyənin şimal sahilləri yaxınlığında üç tankerə dron hücumu olub.

Bu barədə "Reuters" agentliyi "Tribeca"ya istinadən məlumat yayıb.

Agentlik bildirib ki, Palau bayrağı altında üzən və ballast vəziyyətində olan "James II" tankeri hadisə baş verən zaman Qara dənizdə Türkeli bölgəsindən təxminən 50 mil (80 km) şimalda olub. Sierra Leone bayrağı altında üzən və ballast vəziyyətində olan "Altura" və "Velora" tankerlərinin isə yaxınlıqdakı ərazidə gəmidən-gəmiyə əməliyyatı həyata keçirərkən hücuma məruz qaldığı bildirilir.

Agentlik həmçinin qeyd edib ki, yardım üçün hadisə yerinə sahil təhlükəsizlik qayıqları göndərilib və tankerlərdəki bütün ekipaj üzvlərinin vəziyyətinin yaxşı olduğu açıqlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ