RU
Uşakov: Putin Lavrov vasitəsilə Trampa heç bir mesaj çatdırmayıb
15:02
21

Uşakov: Putin Lavrov vasitəsilə Trampa heç bir mesaj çatdırmayıb

Rusiya Prezidenti Vladimir Putindən ABŞ Prezidenti Donald Trampa heç bir mesaj çatdırılmayıb.

Bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putin Lavrov vasitəsilə Trampa heç bir mesaj çatdırmayıb, Rusiya Kiyevə endirilən zərbələrlə bağlı ABŞ-a "müvafiq kanallar vasitəsilə" tövsiyə verib.

Kreml rəsmisi Moskvanın tövsiyəsinə, Kiyevi tərk etmək xəbərdarlığına Vaşinqton tərəfindən hələlik cavab olmadığını deyib.

Uşakov Avropada Rusiya ilə danışıqlar aparacaq namizədlər barədə müzakirələrə də münasibət bildirib:

"Rusiyanın avropalılarla müzakirə edəcəyi çox şey var. Nə edək? Qoy namizədi seçsinlər".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ