İtaliya Prezidenti Sercio Mattarella koronavirusa qarşı peyvənd olunub.
"RİA Novosti” İtaliya prezident sarayına istinadən xəbər verir ki, peyvəndləmə prosesi Romanın Milli Yoluxucu Xəstəliklər İnstitutunda baş tutub.
İtaliya başçısı 1941-ci il və ondan əvvəlki illərdə doğulanların vaksinasiya kampaniyası çərçivəsində peyvəndin birinci dozasını qəbul edib.
Onun "Moderna” peyvəndini vurdurduğu qeyd olunur.








