RU
İtaliya turistlərin ölkəyə gəlişi ilə bağlı bütün COVID məhdudiyyətlərini ləğv edir
22:10
230

İtaliya turistlərin ölkəyə gəlişi ilə bağlı bütün COVID məhdudiyyətlərini ləğv edir

İtaliya iyunun 1-dən ölkəyə gələn səyahətçilər üçün bütün sanitariya protokollarını ləğv edir.

7NEWS.Az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ATOR məlumat yayıb.

Səlahiyyətlilər turistlərin peyvənd olunub-olunmadığını, COVID-19-dan sağalıb-sağalmadığını yoxlamayacaq, eləcə də mənfi nəticəli PZR testi tələb etməyəcək.

İtaliya Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, İtaliyaya giriş üçün "GreenPass” ("Yaşıl sertifikat”) verilməsini nəzərdə tutan və mayın 31-də başa çatacaq sərəncamın müddəti uzadılmayacaq.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ