İtaliyanın ən çox axtarılan mafiya lideri Matteo Messina Denaro 30 il qaçdıqdan sonra tutulub.
7NEWS.az xəbər verir ki, Siciliya adasında yerləşən "Atalar Atası” kimi tanınan "Cosa Nostra”nın lideri Matteo Messina Denaro adanın paytaxtı Palermoda özəl klinikalardan birində ələ keçirilib. Jandarm qüvvələrinin xüsusi əməliyyat bölməsi ROS, Messina Denaronun müalicə üçün getdiyi klinikada həbs edildiyini açıqlayıb.
İtaliya mətbuatı klinikadakı mənbələrə əsaslanaraq Denaronun ən azı bir il burada müalicə aldığını yazıb.
7NEWS.az








