RU
İtaliyada itkin düşmüş azərbaycanlı tələbə tapıldı
16:40
371

İtaliyada itkin düşmüş azərbaycanlı tələbə tapıldı

İtaliyanın Turin şəhərində təhsil alan və itkin düşmüş hesab edilən azərbaycanlı tələbə tapılıb.

Bu barədə 7News.Az-a Bakı şəhər Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Xatırladaq ki, yanvarın 16-da Əliguşad Xıdırov adlı vətəndaş polisə müraciət edərək bildirib ki, o, İtaliyada yaşayan və təhsil alan 1996-cı il təvəllüdlü oğlu Cavidlə 10 yanvardan sonra telefon əlaqəsi qura bilmir. 

Yanvarın 23-də C.Xıdırov ailəsi ilə telefon əlaqəsi yaradaraq yaxın zamanlarda evində olacağını söyləyib. 

Faktla əlaqədar araşdırılma aparılır. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ