İtaliyada "Cosa Nostra” mafiyasının başçısı olduğu ehtimal edilən və 30 ildir beynəlxalq axtarışda olan Matteo Messina Denaro saxlanılıb.
Bu barədə İtaliyanın ANSA agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, o, 1993-cü ildən, 30 ildir qaçaq həyatı yaşayırmış.








