RU
İtaliyada qadın özü polisə oğlunun adam öldürdüyünü bildirib
11:10
24

İtaliyada qadın özü polisə oğlunun adam öldürdüyünü bildirib

İtaliyanın Turin şəhərində 39 yaşlı kişinin parçalanmış meyiti mənzillərdən birində aşkarlanıb.

7News.Az bu barədə ANSA agentliyinə istinadən xəbər verir.

Hadisə barədə polisə yerli sakinlərdən biri məlumat verib. Qadın hüquq-mühafizə orqanlarına müraciət edərək oğlunun kiməsə xəsarət yetirdiyini bildirib.

Polis əməkdaşları qadının göstərdiyi ünvana gedərək mənzildə 39 yaşlı kişinin parçalanmış meyitini aşkar ediblər.

Hadisə yerində iki qadın və bir kişi də olub. Onların hər üçü saxlanılıb.

Hazırda müstəntiqlər kişinin ölümünün hansı şəraitdə baş verdiyini müəyyənləşdirirlər. Həmçinin saxlanılan şəxslərin hər birinin hadisədə mümkün rolunu araşdırırlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ