Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə rayonun Kələntərli kəndi ərazisində qeydə alınıb.
Məlumata əsasən, Mənsur Əliyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən eşşək arabası ilə toqquşub.
Qəza zamanı arabada olan kənd sakini Arif Babaşov müxtəlif xəsarətlər alıb. O, hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.








