Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının bu ayın 22-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd olunub ki, ünvanlı sosial yardımların da bu ayın 24-dən gec olmayaraq ödənilməsi planlaşdırılır.








