RU
Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı təxliyə edilib
12:15
37

Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı təxliyə edilib

Rusiya Federasiyasının Kamçatka vilayətində yağan güclü yağışlar səbəbindən çıxılmaz vəziyyətdə qalmış turist qrupunun üzvü, Azərbaycan Respublikasının vətəndaşı Tatyana Dolivets Rusiya FHN tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Səhhətində hər hansı problem yoxdur.

Qeyd edək ki, vətəndaşımızın təxliyəsi Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının diqqətində saxlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ