RU
Kamil Zeynallı yenə həbs edildi
16:15
333

Kamil Zeynallı yenə həbs edildi

Fitnes məşqçisi Kamil Zeynallı yenidən həbs edilib. 

O Göygöl rayonu ərazisində polislər tərəfindən saxlanılıb.

O, işğaldan azad edilmiş əraziyə səfər etmək istəyib. Polislərin qanuni tələblərinə məhəl qoymayan K.Zeynallı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Məşqçinin barəsində toplanan materiallar Göygöl rayon məhkəməsinə göndərilib.

Bundan əvvəl, K.Zeynallı karantin qaydalarını pozduğuna, eləcə də ictimai asayişi pozduğuna görə bir neçə dəfə saxlanılıb./oxu

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ