RU
Kamran Həsənli- Samir Piriyev QALMAQALI: İstintaq gedir
17:26
663

Kamran Həsənli- Samir Piriyev QALMAQALI: İstintaq gedir

Tanınmış müğənni Samir Piriyev xeyiriyyə məclisində iştirak edib. Məclisə qatılan müğənni son zamanlar sənətində və fəaliyyətindəki durğunluqdan danışıb.

Cebhe.info-ya son işləri ilə bağlı açıqlama verən müğənni "hər yerdə görünüb göz yormaq istəmədiyini” bildirib:

"Son vaxtlar ümumi durğunluqdur. Həm bəzi şəxsi işlərə başım qarışıb, həm də sənətimlə bağlı bəzi işlərim var. Bu işlər elədir ki, müəyyən bir ana, ilhama bağlı olan bir məsələdir. Televiziyalarda da çox görünmürəm. Bir az danışmaq böyüklük çıxsa da aid olmadığım yerlərə dəvət alanda getmirəm. Hər gün, hər yerdə görünüb insanların gözün yormaq olmaz. Ayda-ildə bir dəfə görünmək, amma sanballı yerdə görünmək lazımdır. Məsələn, bu məclis xeyiriyyə məclisidir, xeyiriyyə konsertidir. Bundan gözəl nə ola bilər ki? Bizim burda iştirakımız bu balalara bir töhfədir”. 

Həmçinin müğənni şoumen Kamran Həsənli ilə aralarında olan qalmaqaldan da danışıb: "Hələ ki, istintaq prosesi gedir. Ümidvaram ki, istintaq yekunlaşar, məsələ də bu yaxınlarda öz həllini tapar. Bu, hüquqi bir məsələdir vəkilim bu işlə məşğul olur. Şəxsi münasibətlərimiz yaxşı idi, amma özü gətirib bu səviyyəyə çatdırdı”. 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ