Kanada Mərkəz Bankı faiz dərəcəsini 75 baza bəndi artıraraq 3,25 faizə qaldırdı ki, bu da 2008-ci ilin aprelindən bəri ən yüksək səviyyədir.
7NEWS.az xəbər verir ki, Kanada Mərkəz Bankı gözləntilərə uyğun olaraq bir gecəlik faiz dərəcəsini 75 əsas bənd artırdı. Bankdan verilən açıqlamada pul sərtləşdirmə siyasətinin davam etdirildiyi bildirilib. Açıqlamada faiz dərəcəsinin 75 baza bəndi artırılaraq 2,5 faizdən 3,25 faizə qaldırıldığı qeyd edilib. Beləliklə, Kanadada faiz dərəcəsi son 14 ilin ən yüksək səviyyəsinə çatıb.
7NEWS.az








