Kanadanın Toronto şəhərində İran hakimiyyətinə qarşı keçirilən aksiya iştirakçılarının üzərinə avtomobil sürən, özünü "hüquq müdafiəçisi” kimi təqdim edən şəxs saxlanılıb.
Məlumatı "newsru” yayıb.
Bildirilb ki, Tehran hakimiyyətinin tərəfdarı olan Firas əl-Nəimi Torontoda İrandakı etiraz aksiyalarına dəstək üçün keçirilən yürüşün iştirakçılarının üzərinə maşın sürməyə cəhd göstərib. O, əvvəlcə İslam Respublikası rəhbərliyinin lehinə şüarlar söyləyib. Bundan sonra avtomobili yürüşçülərin üzərinə sürüb. O, son anda maşının əyləcini basıb. Sonra hadisə yerindən qaçaraq gizlənsə də, polis əməkdaşları onu saxlayıb. Axtarış zamanı onun avtomobilindən pnevmatik tapança aşkar edilib. Bu, əl-Naimə qarşı təkcə təhlükəli avtomobil sürmək deyil, həm də qanunsuz silah saxlamaq maddələri əsasında ittiham irıli sürülməsinə əsas verir.
Qeyd edək ki, o, özünü Kanada İnsan Haqları Müdafiəçiləri hüquq müdafiə təşkilatının baş direktoru adlandırıb. Araşdırmaya əsasən, əl-Nəim sosial şəbəkədəki paylaşımlarında Tehran hakimiyyətin əleyhdarlarını ölümlə hədələyib və yəhudilərin onu təqib etdiyinə əmin olduğunu bildirib.








