Kanar adaları yaxınlığında miqrant faciəsi: Azı 80 nəfərin həlak olduğu ehtimal edilir
7News.az xəbər verir ki, avqustun 7-də Qambiyadan 128 nəfərlə yola düşən miqrant qayığı Kanar adaları sahillərindən təxminən 120 kilometr aralıda batıb. 45 nəfər xilas edilsə də, yalnız beş nəfərin cəsədi tapılıb. Sahil Mühafizəsi xidməti dənizdəki sərt şəraiti əsas gətirərək, ölənlərin sayının azı 80 nəfər olduğunu təxmin edir.