İtaliyanın Peruca şəhərində koronavirus səbəbindən karantində qalan fotoqraf Allesio Albi modellərin şəklini çəkməyin yeni üsulunu tapıb.
Lenta.ru-nun məlumatına görə, Albi videozənglər üçün nəzərdə tutulmuş "FaceTime” proqramı vasitəsilə noutbukunda fotosessiya həyata keçirir. Modellər də evlərindən ona poz verirlər.
Veb-kamera və mobil tətbiqlər vasitəsilə çəkilən şəkilləri fotoqraf özünün "Instagram” hesabında paylaşır.
7News.Az








