lombard

Keçmiş məmurun həyat yoldaşından əməkdar artistə BAHALI HƏDİYYƏ - FOTO

Keçmiş məmurun həyat yoldaşından əməkdar artistə BAHALI HƏDİYYƏ - FOTO
"Həyatımda ən böyük arzuma çatdım. Allah ki, bu arzumu yerinə yetirdi, Allah sizə can sağlığı versin. Elnarə xanım, bütün həyatım elə bil ki, sənin üstündə qurulub. Siz oxuyanda mən elə bil cənnətə düşürəm. Mənim ömrüm onda uzanır və ömür boyu sizə dua eləyirəm. Allahdan arzu edirəm ki, o gözəl səsinizi sizin əlinizdən almasın. Mən bunu heç vaxt ağlıma gətirməzdim ki, nə vaxtsa qismət bizi belə görüşdürər"

7News.Az xəbər verir ki, bu sözləri əməkdar artist Elnarə Abdullayeva ilə görüşmək fürsəti əldə edən pərəstişkarları deyib. Xanəndə bu sözlərdən gözyaşlarını saxlaya bilməyib.

Onu görməyi arzuladığını eşidən sənətçi "X maqazin" verilişinin vasitəçiliyi ilə xəstə olan pərəstişkarının evinə təşrif buyurub.

Həmin şəxs kamera qarşısında "1977-ci ildən mən polis işçisi olmuşam. Şuşada işləmişəm. Axır illərimi gəlib Bakı aeroportunda cinayət axtarış şöbəsində işləmişəm" deyib. 

Onun həyat yoldaşı isə həyat yoldaşını təqdim edərkən "Müharibə iştirakçısı olub. Sağlamlığını itirib. Respublikada tanınmış adam olub" ifadələrinə yer ayırıb. 

Sonra keçmiş məmurun xanımı əməkdar artistə "Bunu sizin adınıza ziyarətgahdan gətirmişəm" deyərək Elnarə Abdullayevaya üzük hədiyyə edib.

Bu da sözügedən görüşdən kadrlar:

7News.Az
 

 

Xəbər lenti