7News.az xəbər verir ki, Paraqvayın keçmiş prezidenti Santyaqo Penyanın milyonlarla dollar dəyərindəki malikanəsində polis tərəfindən aparılan axtarış zamanı, saxta divarın arxasında gizlədilmiş, yüksək təhlükəsizlik sisteminə malik bir seyf aşkar edilib. Məlumata görə, ehtimal ki, İsrail istehsalı olan və göz qişası (iris) skaneri ilə qorunan bu seyfi açmaq mümkün olmayıb. Bildirilir ki, axtarış tədbiri "Ueno Bank"dan götürülmüş və sözügedən mülkün maliyyələşdirilməsində istifadə edildiyi iddia olunan kreditlərlə bağlı aparılan maliyyə araşdırması çərçivəsində həyata keçirilib.








