7News.az xəbər verir ki, ABŞ administrasiyası İrana qarşı həyata keçirilən hərbi zərbənin kadrlarını paylaşarkən Keti Perrinin "Firework" mahnısından istifadə etməklə müzakirələrə səbəb olub. Müharibə kadrlarını müşayiət edən mahnısına kəskin etirazını bildirən dünya şöhrətli müğənni deyib: "Bunun üçün icazə verməmişəm, məndən soruşulmayıb və mən bunu qətiyyən bəyənmirəm".








