Köhnə Bakının, əsasən, aztəminatlı əhalisinin yaşadığı "Sovetski” bir zamanlar "Bayır şəhər” kimi tanınıb.
Bir vaxtlar "Sovetski”də Bakıətrafı regionlardan və İrandan neft mədənlərində işləməyə gələn fəhlələr məskunlaşıb. Get-gedə bura paytaxtın əsl üzünə çevrilib. Tarixi abidələr, muzeylər, hamamlar tikilib.
2014-2016-cı illərdə ərazidə aparılan söküntü işləri ilə əlaqədər "Sovetski”də yerləşən xeyli sayda yaşayış evi sökülüb.
Hazırda Bakının Yasamal rayonunun "Sovetski” adlanan bölgəsində ikinci söküntü işləri davam etdirilir.
7News.Az








