RU
KİV: AP-nin sabiq vitse-prezidenti korrupsiya ilə bağlı təqsirini etiraf edib
21:10
300

KİV: AP-nin sabiq vitse-prezidenti korrupsiya ilə bağlı təqsirini etiraf edib

Avropa Parlamentinin sabiq vitse-prezidenti, yunan parlamentari Eva Kaili korrupsiya qalmaqalı ilə bağlı günahını qismən etiraf edib.

7NEWS.Az xəbər verir ki, bu barədə İtaliyanın "La Repubblica” və Belçikanın "Le Soir” qəzetləri məlumat yayıb.
Bildirilib ki, yunan parlamentari Brüsseldə istintaq aparan hakim Mişel Kleysə etiraf edib. O, hakimə atası Aleksandros Kailidən öz evində böyük miqdarda pul gizlətməyi istədiyini açıqlayıb.

Kaili həmçinin "Cəzasızlığa qarşı Mübarizə" qeyri-hökumət təşkilatının direktoru Pier Antonio Panzeri və Avropa Parlamentinin iki üzvü ilə də əməkdaşlıq etdiyini deyib.

Xatırladaq ki, Avropa Parlamentinin 14 vitse-prezidentindən biri Eva Kaili korrupsiya ittihamlarına görə Brüsseldə həbs edilib.

Yunan parlamentari və onun ortağı "cinayət təşkilatına üzv olmaq, çirkli pulların yuyulması və korrupsiyada” ittiham olunurlar. Onların Avropa Parlamentində Qətərin maraqlarını təmsil etmək üçün bu ölkədən pul aldığı bildirilir. Qətər iddiaları rədd edib. Bu, 705 nəfərlik Avropa Parlamenti tarixində indiyədək ən böyük korrupsiya qalmaqalıdır.

Belçika məhkəmə dairələrinə görə, Kaili və onun partnyorunun ortaq mənzilində 150 000 avro, Kailinin atasında isə 750 000 avro tapılıb. Kaili Belçikada həbsdədir.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ