Ötən yay həyata keçirilən yenilənmədən sonra "ChatGPT" dünyanın müxtəlif yerlərindən olan yüzlərlə istifadəçiyə bioloji silahların və zəhərlərin hazırlanması və istifadəsi ilə bağlı təlimatlar təqdim edib.
Bu barədə "The Wall Street Journal" ekspertlərə istinadən məlumat yayıb.
Məlumata görə, süni intellekt modeli istifadəçilərin suallarına uzun müddət cavab verib və bəzi hallarda addım-addım izahlar təqdim edib. "OpenAI" əməkdaşları bu cavabların hətta biologiya dərsi keçən orta məktəb şagirdinin belə izləyə biləcəyi qədər sadə olduğunu qeyd ediblər.
Bioloqlar isə süni intellektin verdiyi bəzi cavabları təhlil edərək onları "ölümcül dərəcədə dəqiq" adlandırıblar.
Məqalədə qeyd olunur ki, bu hadisə süni intellekt sistemlərində təhlükəsizlik mexanizmlərinin, xüsusilə də bioloji risklərlə bağlı sorğuların qarşısının alınması üçün nəzarət tədbirlərinin vacibliyini yenidən gündəmə gətirib.








