RU
KİV: Dubaydan Təl-Əvivə uçan təyyarənin pilotları Rusiya və Ukraynadan olmayıb
14:00
18

KİV: Dubaydan Təl-Əvivə uçan təyyarənin pilotları Rusiya və Ukraynadan olmayıb

Dubay–Təl-Əviv marşrutu üzrə uçan "Flydubai” aviaşirkətinin təyyarəsində baş verən insident zamanı sərnişinlərin təhlükə ilə üzləşməsinə səbəb olan pilotun Oman, təyyarənin komandirinin isə Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olduğu bildirilir.

Bu barədə İsrail KİV-i məlumat yayıb.

Məlumata görə, pilotların Rusiya və Ukrayna vətəndaşları olması barədə yayılan əvvəlki məlumatlar təsdiqlənməyib.

Qeyd edək ki, "Flydubai”nin FZ1073 saylı reysi uçuş zamanı pilotlar arasında baş verən fiziki qarşıdurmadan sonra təyyarə Səudiyyə Ərəbistanının Tabuk şəhərinə yönləndirilib və oraya təhlükəsiz eniş edib.

"Reuters"in məlumatına görə, təyyarə uçuş zamanı qısa müddət ərzində təxminən 4,3 km kəskin eniş edib və fövqəladə siqnallar göndərib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ