RU
Sinqapurda saxta timsah şəkli təşvişə səbəb olub
14:50
24

Sinqapurda saxta timsah şəkli təşvişə səbəb olub

7News.az xəbər verir ki, Sinqapurda Myanma vətəndaşı 30 yaşlı Ye Lin süni intellektdən istifadə edərək parkdakı göldə timsahın göründüyünü əks etdirən şəkil yaratdıqdan sonra ölkə miqyasında təşvişə səbəb olub. O, şəkli polis əməkdaşına göndərdikdən sonra genişmiqyaslı axtarış əməliyyatına başlanılıb və göldəki bütün fəaliyyətlər dayandırılıb. Bir gün sonra şəklin saxta olduğu, Ye Linin isə süni intellekt tətbiqindəki bütün tarixçəni sildiyi məlum olub. Məhkəmə Ye Lini yalan məlumat yaymaq və ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaqda ittiham edib. Bu əməllərə görə Ye Lin 10 ilə qədər həbs, 8000 dollara qədər cərimə və ya hər iki cəza ilə üzləşə bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ