Türkiyəli məşhur sosial şəbəkə fenomeni Dilan Polat saxlanılıb.
Bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, o, ölkə prezidentini təhqir etməkdə təqsirləndirilir.
Qeyd olunur ki, Anadolu Baş Prokurorluğu tərəfindən sosial mediada yayılan bir görüntü əsasında Dilan Polat haqqında "Prezidenti təhqir etmə" ittihamı ilə araşdırma başladılıb. Aparılan istintaq tədbirləri çərçivəsində saxlanılan fenomen ifadəsinin alınması məqsədilə ədliyyə binasına aparılıb.








