7News.az xəbər verir ki, Yaponiyanın paytaxtı Tokioda ard-arda 35 gün davam edən rekord səviyyəli yağışlar tərəvəz qiymətlərinin kəskin artmasına və turizm sektorunun mənfi təsirə məruz qalmasına səbəb olub. Mütəxəssislər bildiriblər ki, bu rekord yağışlar iqlim dəyişikliyi ilə Sakit okean üzərində uzunmüddətli yüksək təzyiq sistemi yaradan "El-Ninyo" (El Niño) hadisəsinin qarşılıqlı təsiri nəticəsində baş verib.








