"Taliban" və hökumət qüvvələri arasında gedən döyüşlər səbəbindən may ayından bəri Əfqanıstanda təxminən 390 min insan evini tərk etmək məcburiyyətində qalıb.
Bu barədə "Ariana News" telekanalı məlumat yayıb.
Bildirilib ki, təkcə son iki gündə ölkənin şimal vilayətlərində davam edən döyüşlərə görə 5800-ə qədər insan öz evini tərk edərək Kabilə gedib. Telekanal əksəriyyəti parklarda qalan bu insanların ərzaq və tibb ehtiyaclarının olduğunu bildirib.
7NEWS.Az








