Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə danışıqlar üçün İstanbulda olan Rusiya nümayəndə heyəti ilə Qarabağdakı vəziyyəti də müzakirə edəcəyi istisna deyil.
7News.Az TASS-a istinadən xəbər verir ki, bunu diplomatik mənbə bildirib.
"Düzdür, bunun Ukrayna tərəfinə aidiyyatı yoxdur. Amma, ola bilsin, Ərdoğan Rusiya nümayəndə heyəti ilə Qarabağda durumun gərginləşməsinə dair də fikir mübadiləsi aparsın”, - mənbə vurğulayıb.








