RU
KİV:
17:10
117

KİV: "Rusiya FTX Müdafiə Nazirliyində terror törətməyə hazırlaşan 3 rusiyalını saxlayıb"

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Leninqard vilayətindəki əməkdaşları Müdafiə Nazirliyinin obyektlərindən birində terror aktı hazırlamaqda şübhəli 3 bilinən nəfəri saxlayıblar.

Məlumatı Rusiya KİV-i yayıb.

Bildirilib ki, onlar Rusiya vətəndaşı, Leninqrad vilayətinin Vıborq şəhərinin sakinlərididr.

Məlumata görə, saxlanılanlar barəsində "terror aktı törətmək” üzrə cinayət işi başlayıb. İttihamlar təsdiqlənərsə onları 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Hüquq-mühafizə orqanları hazırda onların mümkün tərəfdarlarını müyyənləşdirir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ