"Klon” serialının aktrisası Karla Diaz deputat və heyvan hüquqları müdafiəçisi ilə evlənir.
Ekran işindəki Xədicə obrazı ilə məşhurlaşan braziliyalı sənətçi Felipe Bekariylə ailə qurur.
Bu barədə Felipe özü məlumat yayıb. O bildirib ki, sevgilisinə evlənmə təklifi edib:
"O, "hə” dedi. Sevgi, sədaqət - tanış olduğumuz ilk gündən birlikdə qurduğumuz şey budur! Bu güclü qadına heyranam. Mən səni sevirəm, Karla!”.
Cütlük toyun tarixini, eləcə də şənlik mərasiminin təfərrüatlarını açıqlamamağa üstünlük verib.












