RU
Kolumbiyada meşə yanğınları 50 min hektar ərazini məhv edib
14:10
28

Kolumbiyada meşə yanğınları 50 min hektar ərazini məhv edib

Kolumbiyanın Tolima bölgəsində baş verən meşə yanğınları geniş ərazidə ciddi fəsadlara səbəb olub.

Yerli KİV-in məlumatına görə, yanğınlar nəticəsində ümumilikdə 50 min hektardan çox ərazi zərər görüb. Bunun 28 min hektarını kənd təsərrüfatı və heyvandarlıq üçün istifadə olunan sahələr təşkil edir.

Prezident Abelardo de la Espriella bildirib ki, yanğınlardan 2 660 istehsalçı zərər çəkib. İlkin hesablamalara əsasən, iqtisadi itkinin həcmi 134 milyard peso qiymətləndirilir.

Bundan əlavə, yem və su çatışmazlığı səbəbindən 163 min heyvanın təhlükə ilə üzləşdiyi bildirilib.

Dövlət başçısının sözlərinə görə, yanğınların bir hissəsinin cinayətkar qruplar tərəfindən qəsdən törədildiyi ehtimal olunur. Məsul şəxslərin müəyyənləşdirilməsinə kömək edəcək məlumat təqdim edənlərə hər bir hadisə üzrə 50 milyon pesoyadək (təxminən 16 min dollar) mükafat veriləcək.

Hakimiyyət Tolima bölgəsində ekoloji fövqəladə vəziyyət elan edib. Ərazinin bərpası və dəymiş ziyanın aradan qaldırılması məqsədilə xüsusi tədbirlər planının hazırlanması nəzərdə tutulur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ