İnzibati Xətalar Məcəlləsinin tam yeniləndirilməsinə ehtiyac var.
7News.Az xəbər verir ki, bunu parlamentin plenar iclasında komitə sədri Siyavuş Novruzov deyib.
O qeyd edib ki, parlamentin hər iclasında bu Məcəlləyə dəyişiklik edilir.
Bu baxımdan komitə sədri hesab edir ki, Məcəllənin yenilənməsi, tam dəyişdirilməsi lazımdır:
"Oqtay müəllim, hesab edirəm ki, bununla bağlı müzakirələr aparılmalı, Məcəllənin təkmilləşdirilməsi yönündə addımlar atılmalıdır. Buna çox ciddi ehtiyac var”.
7News.Az








