Konqo Demokratik Respublikasının beş əyalətində Ebola qızdırmasına yoluxma halları artmaqda davam edir.
Bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, hazırda təsdiqlənmiş yoluxma hallarının sayı 2 536-ya çatıb. Onlardan 738 nəfəri təcrid olunub və ya xəstəxanalarda müalicə alır.
Məlumata əsasən, indiyədək 506 nəfər xəstəlikdən sağalıb, 1 033 nəfər isə Ebola virusu səbəbindən həyatını itirib.








