Konqo Demokratik Respublikasının şərqindəki Cənubi Kivu əyalətinin Kalehe bölgəsində 120 sərnişini olan qayıq batıb.
Hadisə nəticəsində 8 nəfər ölüb. İtkin düşənlərin sayı 40-a yaxındır.
Qayığın hansı səbəbdən batdığı hələ məlum deyil.
Bölgədə axtarış-xilasetmə işləri davam edir./report
7NEWS.Az








