Dünya ölkələrini ram edən koronavirus artıq Azərbaycanın qonşu ölkəsi İrana çatdı. Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Maraqlısı odur ki, Qum şəhərində koronavirusdan ölən 2 vətəndaşın heç biri Çində olmayıb, elə öz yaşadıqları yerdə olublar. Artıq iranlı tibbi ekspertlər bunun qorxulu hal kimi dəyərləndirir, demək virus bu 2 nəfərə İranın özündə, hansısa yolla keçib. Bununla da virusun mənbəyini tapmaq çətinləşir.
Medicina.az İrana Azərbaycandan hər gün minlərlə insanın gedib gəldiyini nəzərə alaraq koronavirusun ölkəmizin əsas sərhədinə çatdığını bildirir.
Buna görə də Azərbaycanda insanlar virusa yoluxmamaq üçün bəzi vasitələrin ehtiyatını tutmalıdır.
Polemika.az hər bir kəs üçün və hər bir evdə olmalı bəzi qorunma və profilaktik vasitələrin siyahısını hazırlayıb.
1. Tibbi maska – xüsusən keyfiyyətlisi, üçqat olanlar
2. Tibbi rezin əlcəklər – ictimai yerlərdə istifadə etmək üçün
3. Yüksək keyfiyyətli antibakterial sabun – ev və iş yerlərində
4. Dezinfeksiyaedici vasirələr – etanol, tibbi spirt, xlorgeksidin, antibekterial gellər
5. Buruna çəkmək üçün Oksolin mazı (az da olsa qoruyur, çölə çıxanda buruna içəri doğru çəkilir, evə gələndə spirtlə silinir)
6. Tamiflyu preparat - ötən illər donuz qripinin profilaktika və müalicəsi üçün təyin olunurdu və onun koronavirusa da təsir etdiyi deyilir
7. İltihab və qızdırma əleyhinə dərmanlar
8. C vitamini, Ringer məhlulu, burunu yumaq üçün dəniz suyu məhlulu, natri xlor,
9. Xalq təbabətindən: immunitet çayı, Exinesiya, sarımsaq (yerli), zəncəfil kökü, itburnu /medicina



7News.Az








