RU
lombard
16:10
341

"Koronavirusa qarşı" məhsulu reklam edən Seda Sayan və digər məşhurlar CƏRİMƏLƏNDİ - VİDEO

Sosial media hesablarında "Koronavirusdan qoruyur" kimi ifadələrdən istifadə edərək təqdim etdikləri "No Attack" adlı məhsula görə Seda Sayan, Şeyma Subaşı, Seren Serengil, Seray Sever, Ebru Akel, Seda Akgül kimi məşhurlar cərimələnib.

7News.Az-ın haberler.com-a istinadən verdiyi xəbərə görə, Türkiyə Ticarət Nazirliyinin Reklam Agentliyi məşhurları 104 781 türk lirəsi (təxminən 25400 manat) məbləğində cərimələyib.

Məşhurlar reklamda məhsulun guya "COVİD-19" başda olmaqla bütün viruslardan qoruduğunu, hətta virus tutanları sağaltdığını iddia ediblər, halbuki dərman ölkənin Səhiyyə Nazirliyi, yaxud Türkiyə Əczaçılıq və Tibbi Cihazlar Agentliyi tərəfindən təsdiqlənməyib.




Bu səbəbdən ulduzlar dərmanın effektivliyinin elmi cəhətdən sübut olunduğunu deməklə insanlara yalan məlumat verməkdə ittiham olunublar.
 
 




7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ