RU
Kreml Kadırovun general Lapini tənqid etməsinə münasibət bildirib
16:10
313

Kreml Kadırovun general Lapini tənqid etməsinə münasibət bildirib

Kremlin mətbuat katibi Dmitri Peskov Çeçenistan rəhbəri Ramzan Kadırovun Rusiya Silahlı Qüvvələrinin generalını tənqid etməsinə münasibət bildirib.

Peskov qeyd edib ki, Kadırov Ukrayndakı xüsusi əməliyyata böyük töhfə verib: "İş ondadır ki, çətin anlarda qiymətləndirmələrdə emosiyalar istisna olunmalıdır”.
Kremlin sözçüsü Kadırovun xüsusi əməliyyatın tərkib hissəsi kimi az gücə malik nüvə silahından istifadə olunmasına çağırışla bağlı dediklərinə isə belə münasibət bildirib: "Doktrinada hər şey yazılıb, başqa mülahizələr ola bilməz”.

Qeyd edək ki, Ramzan Kadırov Ukraynanın Liman şəhəri istiqamətində müdafiəyə rəhbərlik edən Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairə komandanı, general-polkovnik Aleksandr Lapini sərt şəkildə tənqid edib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ