Türkiyənin ən böyük büdcəyə sahib serialı "Muhteşem Yüzyıl: Kösem” noyabrın 14-də tamaşaçı qarşısına çıxacaq.
7News.Az xəbər verir ki, tarixi ekran işi yeni kanalda, FOX TV-də həftənin birinci günü yayımlanacaq.
Serial yeni komanda ilə mövsümə iddialı girməyi planlaşdırır.
Layihədə baş rolları Nurgül Yeşilçay, Farah Zeynep Abdullah, Caner Cindoruk kimi məşhur ulduzlar canlandırıb.
Ekran işinin ikinci sezonunda ana və oğlunun mübarizəsi ön plana çıxarılıb.
Xatırladaq ki, layihə prodüserləri televiziya dünyasında bir rekorda imza ataraq serialı Star TV-dən böyük məbləğə FOX-a transfer edib. Razılaşma isə 1 milyon 300 min TL-yə başa gəlib.














