Rusiyalı tanınmış teleaparıcı Kseniya Sobçak "Rostex" dövlət korporasiyasından pul tələb etməkdə şübhəli bilinib.
7NEWS.Az xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarından bildirilib
"Sobçak Rusiya Federasiyası Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü hissəsinin "b" bəndi ( külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) ilə şübhəli bilinir. İş üzrə zərərçəkmiş şəxs qismində "Rostex"in vəzifəli şəxsi tanınıb", - deyə qeyd olunub.
Sobçakın ittiham olunduğu maddə ilə 15 ilə qədər həbs nəzərdə tutulur.
Qeyd edək ki, Sobçak barəsində həbs qərarının olması barədə məlumatlı olduğundan dünən gecə Rusiyadan qaçıb. Onun Belarus vasitəsi ilə Latviyaya keçdiyi bildirilib.
7NEWS.Az








