RU
KTMT-nin saytına kiberhücum olub
19:40
440

KTMT-nin saytına kiberhücum olub

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəsmi saytı kiberhücuma məruz qalıb.

7NEWS.Az "İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı təşkilat yayıb.
Məlumata görə, sayta kiberhücum (DDOS-hücum) sentyabrın 13-ü axşam saatlarında başlayıb. Hücum nəticəsində saytın işində problemlər yaranıb. Hazırda saytın fəaliyyəti qismən bərpa olunub. 

Qeyd edək ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ